Bakı - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 39,9% artaraq 7 mlrd. 366 mln. 109,604 min manat təşkil edib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, korporativ qiymətli kağızların həcmi 3 mlrd. 304 mln. 162,767 min manat və ya qiymətli kağızlar bazarının 44,59%-ni təşkil edib. Ötən ay ərzində dövlət qiymətli kağızlar bazarının həcmi isə 4 mlrd. 61 mln. 946,837 min manat və ya ümumi bazarın 55,41%-ni təşkil edib.