Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin 9 ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 15,49% azalaraq 7 mlrd. 541 mln. 778 min 843,57 manat təşkil edib.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızların həcmi 1 mlrd. 576 mln. 045 min 828,29 manat və ya qiymətli kağızlar bazarının 20,9%-ni təşkil edib.
Ötən ay ərzində dövlət qiymətli kağızlar bazarının həcmi isə 19 mln. 777 min. 808,90 manat və ya ümumi bazarın 0,26%-ni təşkil edib.
Əqdlərin həcminin 75%-i törəmə alətlər bazarı (foreks) üzrə bağlanıb.
Törəmə maliyyə alətləri bazarı xaric, əqdlərin həcmi 60% azalıb.