2016-cı il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 605,8 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 430,5 mln. manatı (18,81%) milli valyuta, 6 mlrd. 175,3 mln. manatı (81,19%) isə xarici valyuta ilə yerləşdirilib. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 238,6 mln. manat və ya 14,3% azalıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 754,8 mln. manat və ya 13,9% artım var.
Bununla yanaşı, bu ilin oktyabr ayı ilə müqayisədə noyabrda manatda olan əmanətlərin həcmi 32,9 mln. manat və ya 2,4%, xarici valyutada olan əmanətlərin həcmi isə 159,8 mln. manat və ya 2,7% artıb.