Bank Of Baku

BFB-də 1 mln. manat həcmində DOİ yerləşdirilib

BFB-də 1 mln. manat həcmində DOİ yerləşdirilib
# 30 noyabr 2012 15:49 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün  Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106013359 saylı dövlət qeydiyyatından keçmiş dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Birjadan “APA-Economics”ə verilən məlumata görə, sifarişlər 2 investor tərəfindən təqdim olunub.

 

Sifarişlərin nominal üzrə məbləği 2 694 100 manat təşkil edib. Sifarişlər 100%, 100,32% və 100,87% qiymətində təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 mln. manat məbləğində müəyyən edilib (194 100 manat qeyri-rəqabətli sifarişlər daxil olmaqla). İstiqrazlar üzrə gəlirlilik 5%, istiqraz vərəqələrinin ödəmə tarixi 2015-ci ilin noyabrın 27-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR