Bank Of Baku

Brent markalı neft 44 dollaradək ucuzlaşıb

Brent markalı neft 44 dollaradək ucuzlaşıb
# 22 iyun 2017 06:52 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,05% artaraq 42,55 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% artaraq 44,83 dollar olub.


Beləliklə, Brent markalı neftin qiyməti ötən ilin noyabr ayından etibarən 45 dollardan aşağı enib. ABŞ-da neft hasilatının artması neftin ucuzlaşmasını sürətləndirib. ABŞ-da sutkalıq neft hasilatı 20 min barel artaraq 9,35 mln. barelə çatıb ki, bu da 2015-ci ilin aprel ayında qeydə alınan rekord göstəricinin təkrarlanmasından xəbər verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR