Bank Of Baku

Brent markalı neft 49 dollara qədər ucuzlaşıb

Brent markalı neft 49 dollara qədər ucuzlaşıb
# 03 avqust 2015 19:05 (UTC +04:00)

Bakı. APA-Economics. Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

 

APA-Economicsin “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,75% azalaraq 49,84 dollar olub.

 

Brent markalı neftin qiyməti yanvarın 15-dən ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,72% azalaraq 45,84 dollar təşkil edib.

 

Neftin qiymətinin ucuzlaşmasının səbəbləri kimi Çin iqtisadiyyatında yaşanan problemlər və yaxın zamanlarda İranın neft bazarına daxil olması ehtimalı göstərilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR