Bank Of Baku

Brent markalı neftin qiyməti apreldən etibarən ilk dəfə 54 dolları ötüb

Brent markalı neftin qiyməti apreldən etibarən ilk dəfə 54 dolları ötüb
# 22 may 2017 06:47 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşmaqdadır.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar və ya 0,93% artaraq 50,80 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,47 dollar və ya 0,88% artaraq 54,08 dollar olub.

 

Brent markalı neftin 1 barelinin qiyməti aprelin 18-dən etibarən ilk dəfə olaraq 54 dolları ötüb.

 

Neftin bahalaşmasına səbəb mayın 25-də Avstriyanın paytaxtı Vyanada OPEC və kartelə üzv olmayan ölkələrin iştirakı ilə keçiriləcək görüşdə 2018-ci ilədək sutkalıq hasilatın 1,8 mln. barel azaldılmasına dair razılığın əldə olunması ehtimalının yüksək olmasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR