Bank Of Baku

Brent markalı neftin qiyməti həftəlik maksimuma çatıb

Brent markalı neftin qiyməti həftəlik maksimuma çatıb
# 26 avqust 2013 06:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,39 dollar və ya 1,3% artaraq 1 barelə görə 106,42 dollar təşkil edib.

 

«APA-Economics»in məlumatına görə, avqustun 23-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,14 dollar və ya 1,0% artaraq 111,04 dollar olub. Bununla da Brent markalı neftin qiyməti həftəlik maksimuma çatıb.

 

Ekspertlərin fikrincə, neftin bahalaşması Yaxın Şərqdə yaranan siyasi gərginliklə bağlıdır. Qeyd edək ki, ötən həftənin sonunda İsrail və Livan qarşılıqlı raket zərbələri endirib və bu səbəbdən regionda siyasi böhranın kəskinləşməsi ehtimalları var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR