Bakı - APA-Economics. Dünya birjalarında neftin bahalaşması davam edir.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,18 dollar yüksələrək 50,66 dollaradək artıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,89 dollar artaraq 50,58 dollar olub.
Bununla da, Brent markalı neftin qiyməti 50 dollarlıq psixoloji həddi aşıb.