Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,61 dollar azalaraq 47,58 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,71 dollar azalaraq 48,22 dollar olub.