Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində magistral neft kəmərləri ilə 30065,9 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 78,0%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 23465,2 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3,1 mln. ton tranzit nefti də nəql edilib.
Bu ilin yanvar-avqust ayları ərzində magistral qaz kəmərləri ilə 13606,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6% azalma müşahidə olunub. Qazın nəqlinin 34,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4718,3 mln. kubmetr qaz ötürülüb.