Bank Of Baku

Bu ilin 10 ayı ərzində QKDK-ya 460-dan çox səhmdar cəmiyyət barəsində şikayət daxil olub

Bu ilin 10 ayı ərzində QKDK-ya 460-dan çox səhmdar cəmiyyət barəsində şikayət daxil olub
# 12 noyabr 2014 07:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) 465 səhmdar cəmiyyət barəsində şikayət daxil olub.

 

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayət olunmuş səhmdar cəmiyyətlərin sayı 8% artıb. Başqa sözlə, ötən ilin 9 ayında QKDK-ya 429 səhmdar cəmiyyət barəsində şikayət daxil olub.

 

Bu müddət ərzində komitəyə daxil olmuş şikayətlərin sayı 8% artaraq 280-ə çatıb.

 

Hesabat dövründə səhmdar cəmiyyətlərə qarşı 424 000 manat məbləğində 347 cərimə tətbiq olunub. 2013-cü ilin III rübü ilə müqayisədə cərimələrin sayı 33% azalsa da, cərimənin məbləği 3 dəfə artıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında səhmdar cəmiyyətlərə qarşı tətbiq olunan cərimələrin sayı 518, məbləği isə 140 400 manat olub.

 

Bu ilin 9 ayında QKDK tərəfindən 84 icrası məcburi göstəriş verilib. Bu ötən ilin eyni dövründəkindən 19% azdır.

 

Əgər 2013-cü ilin III rübü ərzində komitəyə təqdim olunan illik hesabatların sayı 450 olubsa, cari ilin eyni dövründə bu göstərici 473-ə yüksəlib. Başqa sözlə, müqayisə olunan dövrdə komitəyə təqdim olunan illik hesabatların sayında 5%-lik artım qeydə alınıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR