Bank Of Baku

Bugünkü depozit hərracında tələb təklifi kəskin üstələyib

Bugünkü depozit hərracında tələb təklifi kəskin üstələyib
# 12 dekabr 2016 11:48 (UTC +04:00)

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

 

Mərkəzi Bankdan "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 130 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,54% təşkil edib.

 

Bundan öncə Mərkəzi Bank bildirib ki, dekabrın 12-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edəcək.

 

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% səviyyəsində müəyyən olunub.


Hərrac "Bloomberg" ticarət platformasında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR