Bank Of Baku

Bugünkü depozit hərracında tələb təklifi 31% üstələyib

Bugünkü depozit hərracında tələb təklifi 31% üstələyib
# 13 fevral 2017 10:30 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən depozit hərracının nəticəsini açıqlayıb. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərracda tələb 197 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,74% təşkil edib.

 

Qeyd edək ki, AMB bugünkü hərracda 150 mln. manat məbləğində vəsait cəlb etmək niyyətində olub. Depozit hərracının müddəti 14 gün, hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil etməli idi.

 

Hərrac "Bloomberg" ticarət platformasında keçirilib.

 

Beləliklə, hərracda tələb təklifi 31,3% üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR