Bank Of Baku

Çinlə ABŞ arasındakı insident dolları ucuzlaşdırıb

Çinlə ABŞ arasındakı insident dolları ucuzlaşdırıb
# 19 dekabr 2016 07:41 (UTC +04:00)

ABŞ dollarının altı əsas valyutaya qarşı məzənnəsini müəyyən edən "ICE U.S. Dollar" indeksi bugünkü ticarət sessiyasında 0,09% zəifləyib.

 

"APA-Economics" xəbər verir ki, dolların 16 valyutaya nisbətən məzənnəsinin dinamikasını müəyyənləşdirən "WSJ Dollar" indikatoru 0,15% geriləyib.

 

Avronun dollara qarşı məzənnəsi həftənin ilk ticarət sessiyasının gedişatında 1,0459 dollar səviyyəsində ticarət olunur. Xatırladaq ki, ötən ticarət sessiyasının sonunda Avrozonanın vahid valyutası 1,0451 dollar olub.

 

Ötən sessiyanın sonunda 1 dollar 117,93 Yaponiya yeni təşkil edirdisə, bu gün 117,29 yenə çatıb. Maraqlıdır ki, son 12 həftənin 10-da dollar yenə nisbətən bahalaşıb. Qeyd edək ki, Yaponiyanın rəsmi valyutası ötən həftə dollar nisbətən 2,4% ucuzlaşıb.

 

"İnterfax" agentliyi yazır ki, bugünkü ticarət sessiyasında dolların ucuzlaşmasına səbəb ABŞ-la Çin arasında yaranan gərginlikdir. Belə ki, dekabrın 15-də Çinin hərbi gəmisi Cənubi Çin dənizində ABŞ-a məxsus sualtı avtomatik aparatı ələ keçirib. Çin Müdafiə Nazirliyi bəyan edib ki, aparatı ABŞ-a qaytarmağa hazırdır. Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çinliləri oğru adlandırıb: "Onu (aparatı - red. özünüzə saxlayın!"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR