Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən ilin dekabr ayında dünya bazarında xam neftin satış qiymətlərini açıqlayıb.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 62,53 dollara, Urals nefti - 61,53 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 68,43 dollara satılıb.
Qeyd edək ki, 2013-cü ilin dekabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 110,86 dollara, Urals nefti - 110,52 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 112,47 dollara satılıb.