Bank Of Baku

Dollar avro səviyyəsinədək bahalaşa bilər

Dollar avro səviyyəsinədək bahalaşa bilər
# 10 yanvar 2017 09:25 (UTC +04:00)

Dollar avro səviyyəsinədək yüksələ bilər. "APA-Economics" xəbər verir ki, belə bir proqnozla "Goldman Sachs" investisiya bankının iqtisadçısı Yan Xatsius çıxış edib.

 

Y. Xatsius hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) bu il faiz dərəcələrini üç dəfə - iyun, sentyabr və dekabrda artıra bilər. Bundan sonra isə FED-in faiz dərəcələri Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrindən əhəmiyyətli dərəcədə yüksək olacaq: "Burada əsas stimul valyutanın dəyəri deyil, faiz dərəcələri arasında real fərqdir".


Y. Xatsius bildirib ki, 2019-cu ilə qədər AMB-nin faiz dərəcələrinin artması gözlənilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR