Bank Of Baku

Dolların sabaha olan məzənnəsi 1,75 manatı ötüb

Dolların sabaha olan məzənnəsi 1,75 manatı ötüb
# 15 dekabr 2016 14:07 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,3% artaraq 1,7525 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7475 manata bərabər olub.
 

Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7475 məzənnəsi ilə başlayıb və 1,7525 məzənnəsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR