Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "APA-Economics"ə verilən məlumata görə, fond tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 21 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.