Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi dəyişməyib və 16 073 bənd təşkil edib, S&P 500 0,01% - 1 803 bəndədək, Nasdaq 0,1% - 4 018 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, oktyabrda tikintiyə verilən icazələrin sayı 1,034 mln. təşkil edib ki, bu da sentyabrla müqayisədə 6,2% çoxdur. Eyni zamanda, istehlakçıların etimadı indeksi noyabr ayında oktyabrla müqayisədə 72,4 bənddən 70,4 bəndədək enib.
Avropa fond bazarlarında noyabrın 26-da FTSE 100 indeksi 0,9% - 6 636 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 9 290 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 278 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 245,10 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3595 dollar (+0,5%) təşkil edir.