Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 15 546 bəndədək, S&P 500 0,2% - 1 696 bəndədək, Nasdaq 0,4% - 3 600 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında iyulun 22-də FTSE 100 indeksi 0,1% - 6 623 bəndədək, Almaniya DAX-ı 0,1% - 8 331 bəndədək enib, Fransa CAC-40-ı 0,4% - 3 940 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 336,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3201 (+0,1%) dollar təşkil edir.