Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 15 521 bəndədək enib, S&P 500 0,04% - 1 686 bəndədək, Nasdaq 0,5% - 3 617 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əsasən korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında iyulun 30-da FTSE 100 indeksi 0,2% - 6 571 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 271 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 987 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 332,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3256 (-0,1%) dollar təşkil edir.