Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 15 372 bəndədək enib, S&P 500 0,7% - 1 733 bəndədək, Nasdaq 0,6% - 3 863 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına qısamüddətli federal büdcənin qəbul edilməsi və dövlət borcunun yuxarı həddinin artırılması təsir edib. Bunun nəticəsində, ölkənin defolt təhlükəsi aradan qalxıb.
Avropa fond bazarlarında oktyabrın 17-də FTSE 100 indeksi 0,1% - 6 576 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,4% - 8 812 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 240 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 2,7% artaraq 1 315,40 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3663 dollar (+0,9%) təşkil edir.