Bank Of Baku

Dow Jones indeksi 0,01% enib, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,01% enib, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,1% enib
# 29 oktyabr 2013 07:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 15 569 bəndədək enib, S&P 500 0,1% - 1 762 bəndədək yüksəlib, Nasdaq 0,1% - 3 940 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əsasən korporativ hesabatlar təsir edib. Bundan əlavə, investorlar Federal Ehtiyat Sisteminin bu həftə keçiriləcək iclasını gözləyirlər ki, bu səbəbdən bazarda qeyri-müəyyənlik müşahidə olunur.

 

Avropa fond bazarlarında oktyabrın 28-də FTSE 100 indeksi 0,1% - 6 726 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 8 979 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 252 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 355,20 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3776 dollar (-0,2%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR