Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 15 464 bəndədək, S&P 500 0,3% - 1 681 bəndədək, Nasdaq 0,6% - 3 600 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə «JP Morgan» və «Wells Fargo»nun ikinci rübdə mənfəətinin artması barədə hesabatlar təsir edib.
Avropa fond bazarlarında iyulun 12-də FTSE 100 indeksi 0,02% - 6 345 bəndədək, Almaniya DAX-ı 0,6% - 8 213 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,4% - 3 855 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 277,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3067 (-0,2%) dollar təşkil edir.