Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 12 815 bəndədək, S&P 500 0,2% - 1 380 bəndədək, Nasdaq 0,3% - 2 905 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərin yüksəlməsinə makroiqtisadi xəbərlər təsir edib. Belə ki, istehlakçıların etimadı indeksi 84,9 bənd təşkil edərək 2007-ci ilin iyulundan ən yüksək göstəriciyə çatıb. Bundan əlavə elan olunub ki, topdan satış anbarlarda sifarişlərin həcmi də artıb.
Avropa fond bazarlarında noyabrın 9-da FTSE 100 indeksi 0,1% - 5 770 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 164 bəndədək enib, Fransa CAC-40-ı 0,5% - 3 424 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 730,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2710 (-0,3%) dollar təşkil edir.