Bank Of Baku

Dow Jones indeksi 0,03% enib, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,03% enib, S&P 500 0,2% yüksəlib, Nasdaq 0,7% enib
# 22 iyul 2013 06:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 15 544 bəndədək enib, S&P 500 0,2% - 1 692 bəndədək yüksəlib, Nasdaq 0,7% - 3 588 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra iri şirkətlərin hesabatları təsir edib.

 

Avropa fond bazarlarında iyulun 19-da FTSE 100 indeksi 0,1% - 6 631 bəndədək, Almaniya DAX-ı 0,1% - 8 332 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 925 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 294,0 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3143 (+0,3%) dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR