Bakı. Vahab Rzayev – APA-Economics. Martın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 14 455 bəndədək, S&P 500 0,1% - 1 555 bəndədək, Nasdaq 0,1% - 3 245 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə müsbət statistik göstəricilər təsir edib. Belə ki, fevral ayında pərakəndə ticarət dövriyyəsi yanvarla müqayisədə 1,1% artıb, büdcə kəsiri isə fevral ayında 203,5 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 12,1% azdır.
Avrora fond bazarlarında martın 13-də FTSE 100 indeksi 0,5% - 6 482 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 7 971 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,1% - 3 836 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 585,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2946 (-0,7%) dollar təşkil edir.