Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 15 420 bəndədək, S&P 500 0,1% - 1 690 bəndədək enib, Nasdaq 0,3% - 3 670 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında avqustun 12-də FTSE 100 indeksi 0,1% - 6 574 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 8 359 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 072 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% artaraq 1 334,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3312 dollar (+0,1%) təşkil edir.