Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,01% enib, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,01% enib, Nasdaq 0,3% yüksəlib
# 01 avqust 2013 06:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 500 bəndədək, S&P 500 0,01% - 1 686 bəndədək enib, Nasdaq 0,3% - 3 626 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına Federal Ehtiyat Sisteminin baza faiz dərəcəsinin 0-0,25% dəhlizində saxlanması barədə qərarı təsir edib. Bu qərar investorlar tərəfindən birmənalı qarşılanmayıb ki, bu səbəbdən də bazarda zəif fəallıq və kotirovkaların, demək olar ki, sabitliyi müşahidə olunub.

 

Avropa fond bazarlarında iyulun 31-də FTSE 100 indeksi 0,8% - 6 521 bəndədək, Almaniya DAX-ı 0,1% - 8 276 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 993 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 321,2 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3275 (-0,2%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR