Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 238 bəndədək, S&P 500 0,04% - 1 643 bəndədək enib, Nasdaq 0,1% - 3 474 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra amil təsir edib. Bunlardan ən əsası ABŞ-ın reytinqinin təsdiqlənməsi olub. Belə ki, «Standard&Poor’s» agentliyi ABŞ-ın uzunmüddətli reytinqini «AA+» səviyyəsində təsdiqləyib, proqnozu isə «neqativ»dən «sabit»ə yaxşılaşdırıb. Agentliyin şərhində bildirilir ki, ABŞ iqtisadiyyatı və onun monetar siyasəti güclü olaraq qalır, dollar isə dünya ehtiyat valyuta statusunu saxlamaqda davam edir.
Avropa fond bazarlarında iyunun 10-də FTSE 100 indeksi 0,2% - 6 401 bəndədək enib, Almaniya DAX-ı 0,6% - 8 308 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 864 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 383,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3272 (+0,1%) dollar təşkil edir.