Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,01% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,01% enib
# 31 yanvar 2013 06:45 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 935 bəndədək, S&P 500 0,1% - 1 506 bəndədək enib, Nasdaq 0,01% - 3 153 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə ölkə iqtisadiyyatının zəifləməsi barədə məlumatlar təsir edib. Belə ki, 2012-ci ilin IV rübündə ÜDM illik müqayisədə 0,1% azalıb, halbuki analitiklər 1%-lik artım proqnozlaşdırırdılar. Həmçinin bildirilir ki, 2012-ci ilin III rübündə ÜDM 3,1% artıb.

 

Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 0,3% - 6 323 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 811 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 766 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 680,3 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3573 (+0,7%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR