Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 335 bəndədək, S&P 500 0,1% - 1 666 bəndədək, Nasdaq 0,1% - 3 496 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə Dallasın Federal Ehtiyat Bankının rəhbəri Riçard Fişerin bəyanatı təsir edib. Belə ki, R.Fişer bildirib ki, iqtisadiyyatın bəzi seqmentlərində artıq canlanma müşahidə olunur və bu səbəbdən iqtisadiyyata dəstək proqramının bağlanması zərurəti var.
Avropa fond bazarlarında mayın 20-də FTSE 100 indeksi 0,5% - 6 756 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 456 bəndədək, Fransa CAC-40-ı 0,5% - 4 023 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 388,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2888 (+0,1%) dollar təşkil edir.