Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 783 bəndədək, S&P 500 0,1% - 1 772 bəndədək, Nasdaq 0,01% - 3 920 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin zəif dinamikasına bazardakı qeyri-müəyyənlik təsir edib. Belə ki, bəzi analitiklər proqnozlaşdırırlar ki, əmək bazarı barədə güclü statistika Federal Ehtiyat Sisteminin stimullaşdırma proqramının tədricən bağlanmasına səbəb ola bilər, lakin digərləri bu fikirlə razı deyil. Nəticədə, bazarda ehtiyatlı yanaşma üstünlük təşkil edir.
Avropa fond bazarlarında noyabrın 12-də FTSE 100 indeksi 0,3% - 6 728 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,3% - 9 108 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 290 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 278,20 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3394 dollar (+0,2%) təşkil edir.