Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,2% enib
# 05 dekabr 2012 06:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 952 bəndədək, S&P 500 0,2% - 1 407 bəndədək, Nasdaq 0,2% - 2 997 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına büdcə və vergi məsələlərinə dair danışıqların gedişi təsir edib. Belə ki, ekspertlərin fikrincə, respublikaçılar və demokratlar tərəfindən müxtəlif təkliflərin irəli sürülməsinə baxmayaraq, heç bir irəliləyişə hələ də nail olunmayıb. 

 

Avropa fond bazarlarında dekabrın 4-də FTSE 100 indeksi 0,04% - 5 869 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 416 bəndədək enib, Fransa CAC-40-ı 0,4% - 3 581 bəndədək yüksəlib.

 

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 702,8 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3118 (+0,5%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR