Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,8% yüksəlib
# 30 avqust 2013 06:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 14 841 bəndədək, S&P 500 0,2% - 1 638 bəndədək, Nasdaq 0,8% - 3 620 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə müsbət makroiqtisadi xəbərlər təsir edib. Belə ki, yenilənmiş qiymətləndirməyə əsasən, ikinci rübdə ÜDM-in artımı rüblük müqayisədə 2,5% təşkil edib. Bundan başqa, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə azalıb.

Avropa fond bazarlarında avqustun 29-da FTSE 100 indeksi 0,8% - 6 483 bəndədək, Almaniya DAX-ı 0,5% - 8 195 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 3 986 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 409,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3242 dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR