Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 882 bəndədək, S&P 500 0,2% 1 500 bəndədək enib, Nasdaq 0,2% - 3 154 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra makroiqtisadi xəbərlər təsir edib. Məsələn, Milli Rieltorlar Assosiasiyası məruzəsində elan edib ki, ölkədə evlərin gələcək satış indeksi dekabr ayında 4,3% azalıb, halbuki ekspertlər onun 0,3% artmasını gözləyirdilər.
Avropa fond bazarlarında yanvarın 28-də FTSE 100 indeksi 0,2% - 6 294 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,3% - 7 833 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 781 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 660,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3452 (-0,1%) dollar təşkil edir.