Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 556 bəndədək, S&P 500 0,3% - 1 690 bəndədək, Nasdaq 0,3% - 3 605 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra iri şirkətlərin müsbət hesabatları təsir edib.
Avropa fond bazarlarında iyulun 25-də FTSE 100 indeksi 0,5% - 6 588 bəndədək, Almaniya DAX-ı 1,0% - 8 299 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 945 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 338,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3278 (+0,01%) dollar təşkil edir.