Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 875 bəndədək, S&P 500 0,3% - 1 781 bəndədək, Nasdaq 0,1% - 4 024 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə əsasən korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında dekabrın 17-də FTSE 100 indeksi 0,6% - 6 486 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 085 bəndədək, Fransa CAC-40-ı isə 1,2% - 4 069 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 232,30 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3772 dollar (+0,03%) təşkil edir.