Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 14 567 bəndədək, S&P 500 0,5% - 1 563 bəndədək, Nasdaq 0,9% - 3 234 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə bazarda ümumi müsbət tendensiyalar təsir edib. O cümlədən, «Netflix» və «Apple» şirkətləri hesabatlarını açıqlamalıdır və investorlar bu hesabatların müsbət olacağını gözləyirlər.
Avropa fond bazarlarında aprelin 22-də FTSE 100 indeksi 0,1% - 6 281 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 7 478 bəndədək yüksəlib, Fransa CAC-40-ı dəyişməyib və 3 652 bənd təşkil edib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 424,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3037 (-0,2%) dollar təşkil edir.