Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,02% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,02% yüksəlib
# 21 noyabr 2012 10:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 789 bəndədək enib, S&P 500 0,1% - 1 388 bəndədək, Nasdaq 0,02% - 2 917 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi və korporativ xəbərlər təsir edib. Belə ki, ölkədə yeni tikilən evlərin oktyabr ayında 3,6% artaraq 894 minə çatması bazara müsbət, bir sıra iri şirkətlərin hesabatları isə mənfi təsir göstərib.

 

Avropa fond bazarlarında noyabrın 20-də FTSE 100 indeksi 0,1% - 5 745 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 172 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 462 bəndədək yüksəlib.

 

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 724,4 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2760 (-0,3%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR