Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib
# 15 fevral 2013 06:37 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 973 bəndədək enib, S&P 500 0,1% - 1 521 bəndədək, Nasdaq 0,1% - 3 199 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına daxili və xarici makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ABŞ-da ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı azalıb, lakin Avrozona üzrə ÜDM IV rübdə 0,9% azalıb, Almaniya və Yaponiyada ÜDM də IV rübdə azalıb ki, bu amillər səbəbindən bazarda vahid dinamika müşahidə olunmayıb.

 

Avropa fond bazarlarında fevralın 14-də FTSE 100 indeksi 0,5% - 6 327 bəndədək, Almaniya DAX-ı 1,1% - 7 712 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 670 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 632,7 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3351 (-0,7%) dollar təşkil edir.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR