Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 003 bəndədək enib, S&P 500 0,4% - 1 652 bəndədək, Nasdaq 0,7% - 3 614 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ xəbərlər təsir edib.
Avropa fond bazarlarında avqustun 20-da FTSE 100 indeksi 0,2% - 6 454 bəndədək, Almaniya DAX-ı 0,8% - 8 301 bəndədək, Fransa CAC-40-ı isə 1,4% - 4 029 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1 370,2 dollar bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3423 dollar təşkil edir.