Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 488 bəndədək yüksəlib, S&P 500 dəyişməyib və 1 472 bənd təşkil edib, Nasdaq 0,1% - 3 126 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına korporativ hesabatlar təsir edib.
Avropa fond bazarlarında yanvarın 11-də FTSE 100 indeksi 0,3% - 6 122 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 716 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 706 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 665,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3391 (+1,0%) dollar təşkil edir.