Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 507 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 471 bəndədək, Nasdaq 0,3% - 3 118 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib. O cümlədən, «iPhone 5» smartfonuna tələbatın azalması bazara ciddi təsir göstərib. Bundan başqa, bazar iştirakçıları prezident Barak Obamanın dövlət borcu həddinin artırılması zərurəti barədə bəyanatına da müvafiq reaksiya verib.
Avropa fond bazarlarında yanvarın 14-də FTSE 100 indeksi 0,2% - 6 108 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 7 730 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 708 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 670,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3362 (-0,2%) dollar təşkil edir.