Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,01% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,01% enib
# 27 may 2013 06:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 303 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 647 bəndədək, Nasdaq 0,01% - 3 459 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bazarda müşahidə olunan qeyri-müəyyənlik təsir edib. Bunun əsas səbəbi kimi iqtisadiyyatın dəstəklənmə proqramının qüvvədə qalıb-qalmaması barədə ehtimallarla bağlıdır.

 

Avropa fond bazarlarında mayın 24-də FTSE 100 indeksi 0,6% - 6 654 bəndədək, Almaniya DAX-ı 0,6% - 8 305 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 957 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 391,0 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2924 (-0,1%) dollar təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR