Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 568 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 692 bəndədək, Nasdaq 0,6% - 3 579 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra iri şirkətlərin, o cümlədən «United Parcel Service» poçt şirkəti və kimya məhsulları istehsalçısı olan «DuPont» şirkətinin mənfəətinin azalması barədə hesabatlar təsir edib.
Avropa fond bazarlarında iyulun 23-də FTSE 100 indeksi 0,4% - 6 597 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 314 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 923 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 342,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3207 (-0,1%) dollar təşkil edir.