Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib
# 28 mart 2013 06:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 14 526 bəndədək, S&P 500 0,1% - 1 563 bəndədək enib, Nasdaq 0,1% - 3 257 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına İtaliyadakı siyasi-iqtisadi vəziyyət və daşınmaz əmlakın təkrar bazarı barədə statistika təsir edib. Belə ki, İtaliyada parlament seçkilərindən sonra artıq bir ayın keçməsinə baxmayaraq, siyasi partiyalar hökumətin tərkibi barədə hələ də razılığa gələ bilməyib ki, bu da ölkə iqtisadiyyatındakı qeyri-müəyyənliyi gücləndirir. Bazara təsir edən daxili amilə gəldikdə, məlum olub ki, fevral ayında ABŞ-da daşınmaz əmlakın təkrar bazarında bağlanan əqdlərin sayı yanvar ayı ilə müqayisədə 0,4% azalıb.

 

Avropa fond bazarlarında martın 27-də FTSE 100 indeksi 0,2% - 6 388 bəndədək, Almaniya DAX-ı 1,2% - 7 789 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 712 bəndədək enib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 606,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2790 (-0,4%) dollar təşkil edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR