Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,3% enib
# 18 mart 2013 07:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 14 514 bəndədək, S&P 500 0,2% - 1 561 bəndədək, Nasdaq 0,3% - 3 249 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikası istehlakçıların etimadı indeksi mart ayında azalması və inflyasiyanın fevral ayında artması barədə məlumatların təsiri altında baş verib.

 

Avropa fond bazarlarında martın 15-də FTSE 100 indeksi 0,6% - 6 490 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 043 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 844 bəndədək enib.


COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 592,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3076 (+0,4%) dollar təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR