Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 751 bəndədək, S&P 500 0,2% - 1 768 bəndədək, Nasdaq 0,1% - 3 917 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında noyabrın 13-də FTSE 100 indeksi 0,02% - 6 727 bəndədək, Almaniya DAX-ı 0,3% - 9 077 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 264 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 269,40 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3445 dollar (+0,4%) təşkil edir.